Trampın adamı Zelenski ilə görüşdən əsəbi çıxdı - mətbuat konfransı ləğv edildi 

ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb.

Feb 20, 2025 - 19:38
Trampın adamı Zelenski ilə görüşdən əsəbi çıxdı - mətbuat konfransı ləğv edildi 

SAVASHMEDİA.az UNIAN-a istinadən xəbər verir ki, danışıqlardan sonra V.Zelenski və K.Kelloqun birgə mətbuat konfransı keçirməsi planlaşdırılırdı.

Lakin Birləşmiş Ştatlar tərəfinin təşəbbüsü ilə mətbuat konfransı ləğv edilib.

"Kelloq fevralın 19-u səhərdən Kiyevdə olsa da, Zelenski ilə yalnız fevralın 20-də günortadan sonra görüşüb. Görüşün əvvəlində Ukrayna mediası tərəfindən yayılan videoya da münasibət bildirilməyib", - məlumatda bildirilib.