"İmamoğlunun özü də istəsə, alınmaz" - CHP sədri

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğludur.

Apr 28, 2025 - 10:54
"İmamoğlunun özü də istəsə, alınmaz" - CHP sədri

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə CHP sədri Özgür Özəl bildirib.

“Özgür Özəl bir yana, Əkrəm İmamoğlunun özü belə bundan sonra namizədliyini geri götürə bilməz. Namizədimiz Əkrəm İmamoğludur”, - partiya rəhbəri deyib.

Özəl CHP-nin İmamoğlunun sərbəst buraxılması üçün bazarlıq edəcəyi iddialarını təkzib edib.

Xatırladaq ki, Əkrəm İmamoğlu mart ayında korrupsiya ittihamı ilə həbs olunub.