Paredes müsahibə zamanı yıxıldı - Futbolçuya nə olub?
Argentina millisinin futbolçusu Leandro Paredes kubok sevincindən bir neçə dəqiqə sonra canlı yayımda huşunu itirərək yerə yıxılıb.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə “Boka Xuniors”un “Atletiko Mineyro”nu 2:0 hesabı ilə məğlub edərək Cənubi Amerika Kubokunun qalibi olduğu final matçından sonra baş verib.
32 yaşlı futbolçu televiziya müsahibəsi zamanı danışarkən qəfil özünü pis hiss edib və yerə yıxılıb. Jurnalist onu tutmağa çalışsa da, buna nail ola bilməyib. Tibbi heyət dərhal müdaxilə edib.
Məlum olub ki, Paredes qarşılaşma zamanı da özünü yaxşı hiss etməyib və 58-ci dəqiqədə əvəzlənib. Hadisənin Kolumbiyanın Barrankilya şəhərindəki yüksək temperatur və rütubətlə əlaqəli ola biləcəyi bildirilir.
Futbolçu daha sonra sosial şəbəkədə vəziyyətinin yaxşı olduğunu açıqlayıb və ona görə narahat olanlara təşəkkür edib.
Səlcuq