Bakıda tanınmış aparıcı yol qəzasında öldü - FOTO

Bakının Lökbatan qəsəbəsində baş vermiş qəzada dünyasını dəyişən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub.

Nov 23, 2026 - 09:25
Bakıda tanınmış aparıcı yol qəzasında öldü - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, aparıcı yaxınları ilə doğum gününü qeyd edib və evinə qayıdarkən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VOYAH” markalı minik və yük avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların həyatını itirərək deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, Kərimov Anar Alik oğlunun və sərnişin, Süleymanova Ada Ceyhun qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Aytən

Fotoda Ada Süleymanova