İstanbulda güclü zəlzələ, nəhəng şəhər silkələndi
İstanbuldakı zəlzələ yerin 6.9 kilometr dərinliyində qeydə alınıb, afterşoklar davam edir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, Mərmərə dənizinin Silivri rayonu sahillərində 10 saniyə davam edən yeraltı təkan böyük təşvişə səbəb olub və ətraf vilayətlərdə də hiss edilib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya AFAD və digər müvafiq qurumların hazırda dağıntı və xəsarət alanlarla bağlı ərazilərdə araşdırmalara başladığını açıqlayıb.
Eyni zamanda, AFAD vətəndaşları uçma təhlükəsi olan tikililərə yaxın durmamağa çağırıb.