Zəlzələ anında canlı yayımda olan CNN Türk aparıcısı bu sözləri dedi - VİDEO
Türkiyənin İstanbul və yaxın bölgələrində ilk zəlzələnin gücü 3,9 bal olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Bunun ardınca İstanbulda 6,2 bal gücündə ikinci zəlzələ baş verib və Mərmərə bölgəsinin bir çox bölgəsində hiss olunub.
Zəlzələnin episentri İstanbul sahillərində olub. Yeraltı təkanlar ölkənin paytaxtı Ankarada da hiss olunub.
Ciddi dağıntı və tələfat barədə məlumat verilmir.
CNN Türk-ün aparıcısı Meltem Bozbeyoğlu studiyada hiss olunan zəlzələ anında əhalini sakitliyə çağırıb.
Xatirə SADİQ