Tramp tənqid olundu 

“Uzun illər ərzində Tramp özünün danışıq aparan ustad kimi imicini yaradırdı. Bu zaman siyasi kimliyinin əsasını formalaşdırmaq üçün daşınmaz əmlak istehsalçısı və realiti-şou ulduzu kimi keçmişindən istifadə edirdi”.

Apr 23, 2025 - 15:37
Tramp tənqid olundu 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzetinin dərc etdiyi məqalədə deyilir. 

Nəşr yazır ki, Tramp Ukrayna da daxil olmaqla “böyük, gözəl” sazişlər vəd edirdi, amma indiyədək uğur qazana bilməyib.

“Ukraynada müharibəni 24 saat ərzində bitirmək. Lakin müharibə davam edir və ABŞ prezidenti sülh danışıqlarından tamamilə imtina etmək ideyasını irəli sürüb.

Yaxın Şərqdə sülhün bərqərar etmək. Trampın hədələrinə baxmayaraq, HƏMAS hələ də Qəzzada girovları saxlayır.

Yeni ticarət müqavilələri bağlamaq. Tramp ölkələrin Birləşmiş Ştatlarla ticarət müqavilələri bağlamağa tələsdiyində israr etsə də, təfərrüatlar azdır, Çinlə isə ticarət müharibəsi davam edir.

İranla nüvə sazişi bağlamaq. Hələ də yerinə yetirilməyib”, - deyə qəzet Trampın seçkiqabağı vədlərini bir-bir xatırladıb.

Nəşr hesab edir ki, son dərəcə çətin məsələlərdə razılaşmaların əldə edilməsi vaxt və qayğı tələb etsə də, Trampın – ən azı indiyə qədər – verdiyi vədləri yerinə yetirə bilməmək bacarıqsızlığı onun ritorikası ilə nailiyyətləri arasındakı uçurumu üzə çıxarıb.

Xatirə SADİQ