Avropada bu məsələ ilə bağlı konsensus yoxdur - “Politico”

Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı Avropada mübahisələr gedir.

Feb 25, 2025 - 15:54
Feb 25, 2025 - 15:58
Avropada bu məsələ ilə bağlı konsensus yoxdur - “Politico”

SAVASHMEDİA.az bu barədə “Politico” nəşrinə istinadən xəbər verir. 
 
Nəşr xatırladır ki, Rusiyanın dondurulmuş aktivlərinin təxminən 200 milyard avrosu Avropada saxlanılır. Avropa İttifaqının (Aİ) bəzi liderləri hesab edir ki, xüsusən də ABŞ-nin Avropanı tərk edə bildiyi indiki vaxtda bu vəsait Rusiya Federasiyasına qarşı mübarizəni dəstəkləmək üçün Ukraynaya verilməlidir.
 
Rusiyanın qonşuları olan Baltikyanı və Şimali Avropa ölkələri hesab edir ki, pul dərhal Ukraynaya köçürülməlidir. Bu mövqeyi Polşa, Çexiya və Aİ-nin baş diplomatı, Estoniyanın keçmiş baş naziri Kaya Kallas dəstəkləyir.

Lakin Fransa, Almaniya, İtaliya, İspaniya və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen buna qarşı çıxır. Onlar ehtiyat edirlər ki, vəsaitləri müsadirə etməklə Aİ beynəlxalq investorları qorxudacaq və sülh danışıqlarında əsas üstünlüyünü itirəcək.

Kallas özü də etiraf edib ki, yaxın gələcəkdə Rusiya vəsaitlərinin müsadirə olunma imkanı zəifdir.

Xatirə SADİQ