Jerar Depardye o qadınlara məğlub oldu – “Çox peşmanam...”
Fransalı məşhur kino aktyoru Jerar Depardye iki qadına qarşı cinsi zorakılıq törətməkdə təqsirli bilinməsi ilə bağlı məhkəmə qərarından verdiyi apellyasiya şikayətini geri çəkib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
77 yaşlı aktyor apellyasiya məhkəməsində dinləmələrin başlanacağı gün şikayətini geri götürmək qərarına gəlib. Bununla da ona təyin edilmiş 18 aylıq şərti həbs cəzası qüvvədə qalıb.
Depardye yaydığı yazılı açıqlamada davranışlarının qadınları incitdiyini etiraf edib və buna görə üzr istəyib. O, məhkəmənin qərarını qəbul etdiyini vurğulayaraq apellyasiya şikayətindən imtina etdiyini bildirib.
Aktyor açıqlamasında keçmiş davranışlarından peşman olduğunu da bildirib. Onun sözlərinə görə, uzun illər çəkiliş meydançalarında təxribatçı ifadələr və təhlükəli davranışların arxasında gizlənib, dediklərinin və hərəkətlərinin nəticəsiz qalacağını düşünüb. Depardye artıq təkəbbürlə başqalarını incitmək arasındakı fərqi anladığını qeyd edib. O, qadınlara qəsdən zərər vermək niyyətində olmadığını desə də, niyyətin qarşı tərəfin yaşadığı ağrını aradan qaldırmadığını etiraf edib.
Aktyorun vəkilləri Delfin Meyye və David-Olivye Kaminski də müvəkkillərinin məhkəmə qərarını qəbul etdiyini və bundan sonra həyatına davam etmək istədiyini bildiriblər.
Xatırladaq ki, J.Depardye beş il əvvəl Parisdə “Les Volets Verts” (“Yaşıl pəncərələr”) filminin çəkilişləri zamanı iki qadına qarşı nalayiq hərəkətlər etməkdə təqsirli bilinmişdi.
Banu