Papaya atılan təsbeh imiş - Az qala gözü çıxacaqdı + ANBAAN VİDEO 

Katolik kilsəsinin rəhbəri Papa XIV Leo Peruda keçirilən mərasim zamanı gözlənilməz hadisə ilə üzləşib.

Nov 17, 2026 - 12:01
Nov 17, 2026 - 12:15
Papaya atılan təsbeh imiş - Az qala gözü çıxacaqdı + ANBAAN VİDEO 

SAVASHMEDİA.az xəbər verir ki, hadisə paytaxt Limadakı Las Palmas Hərbi Hava Bazasının ərazisində, papanın Cənubi Amerika səfərinin sonuncu ayinindən əvvəl baş verib.

Papamobillə hərəkət edərək insanları salamlayan XIV Leoya təsbeh atılıb. Təsbeh Papanın gözünə dəyib. O, zərbədən sonra gözünü tutub. Buna baxmayaraq, XIV Leo proqramını dayandırmayıb. Hadisədən sonra papanın xəsarət almadığı və tibbi yardıma ehtiyac duymadığı bildirilib.

Xatırladaq ki, XIV Leo səfərləri zamanı hədiyyə kimi atılan yumşaq oyuncaqları və bayraqları həmişə havada tutmağı bacarıb. Lakin bu dəfə təsbehi tutmağa müvəffəq olmayıb.

Qeyd edək ki, katoliklər arasında dua zamanı istifadə olunan təsbehlərin xeyir-dua verilməsi üçün Papaya təqdim edilməsi geniş yayılmış ənənədir.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)