"Portuqaliyanın məğlubiyyətinə sevinirəm, əcəb oldu, onlar oğluma..." - Ronaldonun ANASI
Kriştiano Ronaldonun anası Dolores Aveyru Portuqaliya millisinin Danimarkaya 1:4 hesabı ilə məğlub olmasına sevindiyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, oğlunun komandadan ayrılmasından sonra Portuqaliya yığmasının keçirdiyi ilk oyunda aldığı ağır məğlubiyyətə üzülmədiyini bildirib.
“Ronaldo kədərlidir. Hər şeyin fərqli olmasını istəyirdi, amma onu aldatdılar. Mən də buna görə üzgünəm. Portuqaliyanın məğlubiyyəti isə tamamilə ədalətli idi, əcəb oldu. Buna sevinirəm”, - o bildirib.
Ronaldonun anası oğlunun milli komandada lazımi hörmət görmədiyini iddia edib. Onun sözlərinə görə, futbolçunun komanda yoldaşları da ona layiq olduğu münasibəti göstərməyiblər.
Aveyru Portuqaliya Futbol Federasiyasının Ronaldonun şərəfinə təşkil etdiyi vida mərasimini də tənqid edib. O hesab edir ki, belə bir ehtiram futbolçunun iştirakı ilə göstərilməli idi.
Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş da Aveyruyun açıqlamasına münasibət bildirib. Məşqçi Ronaldonun anasına hörmət etdiyini və onun oğlunu müdafiə etmək istəyini başa düşdüyünü söyləyib.
Səlcuq