“Barselona” azarkeşlərinin külləri stadionda saxlanılacaq - Ödənişli LAYİHƏ + QİYMƏTLƏR
“Barselona” klubu vəfat etmiş yaxınlarının külünü stadionda saxlamaq istəyən azarkeşlər üçün xüsusi memorial məkan yaradacaq.
SAVASHMEDİA.az xəbər verir ki, “Memorial FC Barcelona” adlanan məkan “Spotify Kamp Nou” stadionunun ərazisində yerləşir.
Burada azarkeşlər vəfat etmiş yaxınlarının külünü xüsusi urnalarda saxlaya, həmçinin onların xatirəsinə memorial lövhələr yerləşdirə biləcəklər.
Təxminən 1500 kvadratmetr sahəni əhatə edəcək memorial kompleksdə 26 min urnanın yerləşdirilməsi üçün xüsusi bölmələr və 9 min xatirə lövhəsi nəzərdə tutulub. Məkanda klubun tarixindən bəhs edən divar rəsmləri, vizual və audiovizual materiallar da olacaq.
Layihədən dünyanın istənilən ölkəsindən olan azarkeşlər yararlana biləcəklər. Bunun üçün klubun üzvü olmaq şərt deyil.
Xidmətin qiyməti seçilən müddətdən asılı olacaq. Belə ki, kül qablarının saxlanılması üçün 10 illik müddət 2490 avrodan, 25 illik müddət 4990 avrodan, 50 illik müddət isə 5990 avrodan başlayır. Bundan əlavə, illik 70 avro texniki xidmət haqqı və 180 avro urnanın hazırlanması və sənədləşmə xərci nəzərdə tutulur.
Azarkeşlər özləri və ya yaxınları üçün xüsusi lövhə də sifariş edə bilərlər. Bunun qiyməti 10 il üçün 490, 25 il üçün 890, 50 il üçün isə 990 avro təşkil edir.
Klubun məlumatına görə, memorial kompleksin ilk mərhələsinin 2027-ci ilin sonlarında, ikinci mərhələsinin isə 2028-ci ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.
Beləliklə, “Barselona” azarkeşlərinə sevdikləri kluba bağlılıqlarını yalnız həyatları boyu deyil, vəfatlarından sonra da davam etdirmək imkanı yaradır.
Aytən