Qazaxıstanda xərçəngin dərmanı tapıldı – Bu tarixdən satışa çıxarılacaq
Qazaxıstan alimləri xərçəng əleyhinə dərman hazırlayıblar.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.
Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek Mərkəzi Kommunikasiyalar Xidmətində keçirilən brifinqdə bildirib ki, bu yerli preparat 2027-ci ilin ortalarında ölkə bazarına təqdim ediləcək.
Nazirin sözlərinə görə, dərmanın klinik sınaqlarının ilk mərhələsi uğurla tamamlanıb. Hazırda tədqiqatçılar növbəti mərhələyə keçməyə hazırlaşırlar.
Banu