Pivə böyrək daşını salırmı? – Mif, yoxsa...

Pivənin böyrək üçün xeyirli olduğuna dair şəhər əfsanəsi var. Böyrəyində daş, qum olan şəxslərə pivə içməyi məsləhət görənlər, pivənin böyrəkdə daş əmələ gəlməsinə mane olduğunu düşünənlər də az deyil. 

May 12, 2025 - 15:28
Pivə böyrək daşını salırmı? – Mif, yoxsa...

Bəs görəsən, pivə, həqiqətən, böyrəkdəki daşı, qumu təmizləyirmi və ya böyrəkdə daşın əmələ gəlməsinə mane olurmu?

SAVASHMEDİA.az xəbər verir ki, təqdiqatlar davamlı pivə içməyin böyrəyə ziyan olduğunu ortaya çıxarıb. Onun zərərləri insanlara həm uzun, həm də qısa müddətdə təsir edir. Pivənin böyrəyə xeyir olduğuna dair mifin yaranmasına səbəb sidiyə getməni tezləşdirməsidir. Sidiyə çıxmanı tezləşdirdiyinə görə böyrək daşlarının xaric ola biləcəyi və hətta daşların yaranmasına mane olacağı düşünülür. Lakin aparılan təqdiqatlar göstərib ki, pivə bədəndəki maye balansını pozur. Belə ki, böyrəklər spirti bədəndən çıxarmaq üçün daha çox işləməli olur, daha çox sidik ifraz edir. Bu da su itkisinə səbəb olur.

Bundan başqa, pivə tərkibində şəkər olduğu üçün davamlı içildikdə böyrəyin süzmə funksiyasını pozur. Süzülməyən sidik kristallaşaraq daşa çevrilir. Nəticədə böyrək daşının yaranma riski artır. Mütəxəssislər böyrəyində daş, qum olan şəxslərə pivə yox, gün ərzində 3-4 lirt su içməyi məsləhət görürlər.

Banu