Rus diplomatları Krakovdan qovuldu - Polşa XİN

Polşa hökuməti Rusiyanın Krakovdakı baş konsulluğunun üç diplomatını persona-non-qrata kimi tanıyıb.

May 12, 2025 - 15:35
Rus diplomatları Krakovdan qovuldu - Polşa XİN

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Henrıka Mostsiskaya-Dendıs bildirib.

“Baş konsulluğun diplomatik işçiləri ölkəmizdə arzuolunmaz şəxslər kimi tanınıb”, - deyə nazir müavini vurğulayıb. 

O, diqqətə çatdırıb ki, konsulluğun yalnız üç əməkdaşı diplomatik statusa malikdir, qalan dörd nəfər isə inzibati-texniki personala aiddir. 

Bu gün səhər saatlarında Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Krakovdakı konsulluğunu bağlamaq qərarına gəldiyini açıqlayıb. O, bunu 12 may 2-24-cü il tarixində Varşavada “Marywilska 44” ticarət mərkəzinin yandırılmasında Rusiya xüsusi xidmət orqanlarının əli olmasının sübuta yetirilməsi ilə izah edib. 

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu addımı Varşavanın vətəndaşların maraqlarına zidd hərəkət edərək münasibətləri qəsdən pozmağa davam etməsi kimi qiymətləndirib. O, vəd edib ki, bu qeyri-adekvat addımlara tez bir zamanda adekvat cavab veriləcək.

Krakov konsulluğu bağlandıqdan sonra Rusiyanın Polşada yalnız bir konsulluğu (Qdanskda) qalacaq. Polşanın isə Rusiyanın Kalininqrad və İrkutsk şəhərlərində konsulluqları var. 

Xatirə SADIQ