Zelenski və Starmer Ukraynanın NATO-ya dəvət edilməsini müzakirə etdilər

Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmerlə telefon danışığında ölkəsinin NATO-ya dəvət edilməsinin zəruriliyinə diqqəti çəkib.

Nov 28, 2024 - 16:59
Zelenski və Starmer Ukraynanın NATO-ya dəvət edilməsini müzakirə etdilər

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə prezidentin ofisi məlumat yayıb. 

Zelenski britaniyalı baş nazirə məlumat verib ki, Rusiya bu gün Ukraynanın mülki infrastrukturuna qarşı 90-dan çox raket və 100-ə yaxın pilotsuz uçan aparatdan istifadə edib.

Hər iki lider hadisələrin istənilən inkişafı halında Ukraynanın mümkün qədər ən güclü mövqedə olmasını təmin etmək üçün atılan addımlar barədə Avropa liderləri ilə sıx əlaqə saxlamağa razılaşıblar.

Ukrayna prezidenti vurğulayıb ki, bunun üçün Ukraynaya NATO-ya dəvət və uzaqmənzilli imkanların artırılması lazımdır.

Bundan əlavə, liderlər ölkələri arasında yüzillik tərəfdaşlıq haqqında sazişin hazırlanmasını sürətləndirmək barədə razılığa gəliblər.

Xatirə SADİQ