Almaniyada parlament buraxıldı

Almaniya prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundastaqın buraxıldığını elan edib

Dec 27, 2024 - 10:50
Almaniyada parlament buraxıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ştaynmayer müraciətində bildirib. 

Dövlət başçısı qeyd edib ki, yeni seçkilər fevralın 23-nə təyin olunub. Bu tarix sosial-demokratların fraksiyalarının və müxalifətdəki Xristian Demokrat İttifaqının liderləri tərəfindən razılaşdırılıb.

Öz qərarını izah edən Ştaynmayer nəzərə çatdırıb ki, indiki kimi belə çətin anlarda ölkəyə fəaliyyət göstərə bilən hökumət və etibarlı əksəriyyət lazımdır.

“Mən əminəm ki, indi yeni seçkilər ölkəmizin rifahı üçün düzgün yoldur", - deyə Ştaynmayer əlavə edib.

Beləliklə, Almaniya prezidenti hökumətinə etimad göstərmədiyi üçün parlamentin buraxılmasını istəyən kansler Olaf Şoltsun xahişini yerinə yetirib. 

Xatirə SADİQ