Məşhur müğənni xərçəng xəstəliyinə tutuldu: “Dəhşətlidir...” - Foto

Məşhur müğənni xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.

Jun 5, 2025 - 00:09
Məşhur müğənni xərçəng xəstəliyinə tutuldu: “Dəhşətlidir...” - Foto

SAVASHMEDİA.az xəbər verir ki, 37 yaşlı ingiltərəli müğənni Cessi Cey bu barədə sosial mediada yayımladığı videoda məlumat verib.

“Bunu fanatlarımla və məni sevən hamı ilə paylaşmaq istədim. "No Secrets" mahnısını çıxarmazdan əvvəl mənə döş xərçəngi diaqnozu qoyulub" - müğənni qeyd edib.

Bir övladı olan müğənni xərçəngin erkən mərhələsində olduğunu bildirib:

"Xərçəng xəstəliyi hər cəhətdən dəhşətli bir şeydir, lakin mən “erkən” sözünü beynimdə saxlamağa çalışıram”.

Müğənni “Summertime Ball” festivalından sonra əməliyyat olunacağını və bir müddət səhnələrdə olmayacağını bildirib.

Banu

Fotoda: Cessi Cey