Yaşlı qadın yeniyetmə qızı itələyib qatar yoluna yıxdı – Metroda TƏLAŞ + ANBAAN VİDEO
Təqaüdçü qadın 13 yaşlı qızı itələyərək qatar yoluna atıb.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə ötən gün Moskva metrosunun "Taqanskaya" stansiyasında baş verib.
Qatarın gəliş vaxtı olmadığı üçün yol boş olub. Relslərdən adlayan yeniyetmə stansiyadakıların köməyi ilə platformaya qalxıb. Onun xəsarət almadığı bildirilib.
64 yaşlı qadın Moskva Prokurorluğunda ifadə verməyə çağırılıb. Təqaüdçü bildirib ki, qız ona gülərək baxırmış və bunu təhqir kimi qəbul edib. Törətdiyi əmələ görə özünü təqsirli bilmir.
Faktla bağlı Moskva Prokurorluğunda qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb.
Banu