Nazir bu məqsədlə amerikalı senatorla görüşəcək - Berlində
Almaniyanın xarici işlər naziri Yohann Vadeful amerikalı senator Lindsi Qremlə Rusiyaya qarşı hazırladığı potensial sanksiyaları müzakirə edəcək.
SAVASHMEDİA.az xəbər verir ki, nazir bu barədə ZDF telekanalına açıqlamasında bildirib.
Almaniya Xarici İşlər Nazirliyinin (XİN) başçısının sözlərinə görə, bu müzakirə iyunun 2-də Berlində amerikalı senator Lindsi Qremlə görüşü zamanı aparılacaq.
“Mənim (ABŞ dövlət katibi – red.) Marko Rubio ilə danışıqlarımdan sonra güman edirəm ki, bu paket gələn həftə ABŞ Senatında da müzakirə olunacaq və onun həyata keçirilməsi istiqamətində ilk addımlar atılacaq”, - deyə XİN rəhbəri əlavə edib.
Xatırladaq ki, ABŞ senatorları Riçard Blumental və Lindsi Qrem 80 həmmüəlliflə birlikdə atəşkəsdən imtina etdiyinə görə Rusiyaya qarşı əlavə iqtisadi sanksiyaları tətbiq edən qanun layihəsi təqdim ediblər. Qanun layihəsi Rusiya neftini alan ölkələrdən idxal olunan mallara 500 faizlik rüsumun tətbiqini nəzərdə tutur.
Xatirə SADİQ