Məşhur fenomen cütlük faciəvi şəkildə həlak oldu - FOTOLAR
Çəkdikləri səyahət videoları ilə məşhurlaşan fenomen cütlük faciəvi şəkildə həlak olub.
SAVASHMEDİA.az xəbər verir ki, sosial mediada "Toyota World Runners" kimi tanınan Steysi Turout və Metyu Yeomans Kanadanın Britaniya Kolumbiyası əyalətində dağlıq ərazidə ağır qəzaya düşüblər.
Məlumata görə, cütlüyün avtomobili idarəetmənin itirilməsi nəticəsində kələ-kötür yoldan çıxıb. Hadisə yerinə gələn tibbi personal bildirib ki, onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda ölüb.
Qeyd edək ki, cütlüyün 200 min nəfərlik “Youtube” 72 min nəfərlik “İnstagram” səhifələri var idi.
Banu
Fotolarda: Steysi Turout və Metyu Yeomans