Netanyahu iranlıları mübarizəyə çağırdı - "Mən sizinləyəm"

İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edib.

Aug 13, 2025 - 00:05
Netanyahu iranlıları mübarizəyə çağırdı - "Mən sizinləyəm"

SAVASHMEDİA.az xəbər verir ki, müvafiq müraciət Netanyahunun sosial şəbəkədəki səhifəsində yerləşdirilib.

Netanyahu iranlıları azadlıq uğrunda mübarizəyə çağırıb.

“Bizim qurucu atamız Teodor Hertslın (Dünya Sionist Təşkilatının yaradıcısı – red.) yəhudi dövləti haqqında dediyi kimi: “İstəsəniz, bu, yuxu deyil”.

İstəsəniz, azad İran xəyal deyil. İndi hərəkət etmək, azadlıq uğrunda mübarizə aparmaq vaxtıdır. Siz tək deyilsinz, mən sizinləyəm. İsrail sizinlədir. İran iranlılar üçündür!”, - İsrailin Baş naziri qeyd edib.