“Qarabağ”ın pley-offdakı rəqibinın adı bilindi
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
SAVASHMEDİA.az xəbər verir ki, yarışın 3-cü təsnifat mərhələsinin bu gün keçirilən digər bir matçında “Ferensvaroş” (Macarıstan) Budapeştdə Bolqarıstan çempionu “Ludoqorets”i qəbul edib. Bu komandaların ilk matçı 0:0 hesabı ilə başa çatıb.
Cavab oyununda “Ferensvaroş” 3:0 hesabı ilə qələbə qazanıb və “Qarabağ”a rəqib olub.
Yağmur