Kadi geri döndü
“Qarabağ”ın futbolçusu Kadi Borqes uzun müddətdən sonra zədəsini sağaldıb.
SAVASHMEDİA.az xəbər verir ki, futbolçu 3 aylıq fasilədən sonra bu gün “Turan Tovuz”a qarşı keçirilən matçın 84-cü dəqiqəsində meydana çıxıb. O, Marko Yankoviçi əvəzləyib.
Xatırladaq ki, futbolçu ötən ilin noyabrında UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirilən “Qarabağ” - “Çelsi” matçında (2:2) zədələnmişdi. Braziliyalı yarımmüdafiəçi oyunun 31-ci dəqiqəsində əvəz olunmuşdu.
Qeyd edək ki, bu, Kadinin ötən ilin oktyabrında "İmişli"yə qarşı keçirilən matçdan sonra Premyer Liqada ilk qarşılaşması olub.