Türkiyədə faciə: 10 ölü, 15 yaralı
İzmirin Aliağa rayonunda yerləşən metallurgiya zavodunda baş verən güclü partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə noyabrın 9-da HABAŞ Demir-Çelik zavodunda qeydə alınıb.
İlkin məlumata görə, maye poladın tökülməsi zamanı tavan kranının qırılaraq elektrik qövs sobasının üzərinə düşməsi partlayışa səbəb olub.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
Oğuz