QHT sədri avtomobil qəzasında öldü
Masallıda QHT rəhbəri avtomobil qəzasında ölüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu, "Masallı Ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayevdir.
Qəzadan dərhal sonra 78 yaşlı QHT sədri Bioloji Təbabət Klinikasına çatdırılıb. Həkimlərin göstərdiyi səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.