“Qalatasaray”ın əfsanəvi futbolçusu 69 yaşında vəfat etdi

Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Cevad Prekazi 69 yaşında vəfat edib.

Nov 9, 2026 - 09:50
“Qalatasaray”ın əfsanəvi futbolçusu 69 yaşında vəfat etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Serbiyanın “Partizan” klubu məlumat yayıb.

1957-ci ildə anadan olan Prekazi 1985–1991-ci illərdə “Qalatasaray”ın formasını geyinib. O, 1989-cu ildə “Monako”ya qarşı təxminən 37 metrdən vurduğu möhtəşəm cərimə zərbəsi ilə də yadda qalıb.

Futbolçunun ölüm səbəbi barədə hələlik məlumat verilməyib.

Aytən