"Sabah" "Şamaxı" ilə bacarmadı - Turnir CƏDVƏLİ
Azərbaycan Premyer Liqasının “Zəfər turu” adlandırılan XI turuna yekun vurulub.
SAVASHMEDİA.az xəbər verir ki, turun son günündə “Sabah” “Şamaxı”nı qəbul edib.
“Sabah Arena”da baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşdə meydan sahiblərinin qollarını Karlos Eduardo (17-ci dəqiqə) və Coy-Lens Mikels (49-cu dəqiqə) vurublar.
Qonaqların heyətində isə Oruc Məmmədov (27-ci dəqiqə) fərqlənib. 62-ci dəqiqədə Rəhman Daşdəmirov avtoqol müəllifi olub.
Qeyd edək ki, turun bu gün baş tutan digər görüşündə “Sumqayıt” “İmişli” ilə qolsuz (0:0) heç-heçə edib. Daha əvvəl “Qarabağ” “Turan Tovuz”a (0:1) uduzub, “Neftçi” “Kəpəz”i (1:0), “Zirə” isə “Qəbələ”ni (2:1) məğlub edib. “Şəfa” – “Araz-Naxçıvan” matçında (2:2) isə qalib müəyyənləşməyib.