Ronaldo oğlunun kredit kartını DONDURDU - Görün 1 həftəyə nə qədər xərcləyib?

Ulduz futbolçu Kriştiano Ronaldonun oğlu bir həftə ərzində 9 milyon dollardan çox pul xərcləyib.

Nov 7, 2026 - 13:21
Ronaldo oğlunun kredit kartını DONDURDU - Görün 1 həftəyə nə qədər xərcləyib?

SAVASHMEDİA.az xarici mediaya istinadla xəbər verir ki, oğlunun külli miqdarda vəsait sərf etdiyini öyrənən Ronaldo onun kredit kartını dondurub.

Məlumata görə, futbolçu oğlu Kristiano JR-ə kredit kartından istifadə etməyə icazə verib. Lakin hesab əməliyyatlarını yoxlayarkən 1,8 milyon dollarlıq ödənişlə qarşılaşıb. Bu məbləğ Ronaldonu digər maliyyə əməliyyatlarını da araşdırmağa sövq edib.

Yoxlamalar nəticəsində Kristiano JR-in cəmi bir həftə ərzində superavtomobillərə və müxtəlif lüks alış-verişlərə ümumilikdə 9 milyon dollardan artıq pul xərclədiyi üzə çıxıb.

Böyük məbləğli xərclərdən xəbər tutan Ronaldo dərhal öz komandası ilə əlaqə saxlayıb. Bundan sonra Kristiano JR-in istifadə etdiyi kredit kartı dondurulub və onun şəxsi hesablara girişinə məhdudiyyət qoyulub.

Banu