Çevriliş baş tutsaydı, Ramiz Mehdiyev onlara vəzifə verəcəkdi - HƏMİN 14 NƏFƏRİN ADI
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin çevriliş planı baş tutacağı təqdirdə müxtəlif dövlət vəzifələrinə gətirməyi nəzərdə tutduğu şəxslərin siyahısı yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, sosial şəbəkələrdə və yerli mediada yayılan siyahıda 14 nəfərin adı və onlara verilməsi planlaşdırılan vəzifələr göstərilib.
Həmin siyahını təqdim edirik:
1. Baş nazir: Əli Həsənov (Prezidentin sabiq köməkçisi);
2. Vitse-prezident: Sevil İsmayılova (“Şərq-Qərb” nəşriyyat evinin rəhbəri);
3. Daxili işlər naziri: Levon Qurskaya (R.Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın vətəndaş nikahından olan erməni əsilli oğlu, sabiq DİN əməkdaşı);
4. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi: Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı);
5. Xarici işlər naziri: Eldar Həsənov (sabiq baş prokuror və səfir);
6. Ədliyyə naziri: İlham Əliyev (R.Mehdiyevin kürəkəni, sabiq deputat);
7. İqtisadiyyat naziri: Abbas Abbasov (Baş nazirin keçmiş müavini);
8. Baş prokuror: Timur Mehdiyev (Ramiz Mehdiyevin doğma oğlu);
9. Prezident Administrasiyasının rəhbəri: Fatma Abdullazadə (PA-nın sabiq şöbə müdiri);
9. PA Ərazi İdarəetmə Şöbəsinin müdiri: Ziya Məmmədov (sabiq nəqliyyat naziri);
10. Milli Məclisin sədri: İsa Həbibbəyli (AMEA prezidenti);
11. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı: Elton Məmmədov (sabiq deputat);
12. Dövlət Gömrük Komitəsinin sədri: Əsabil Qasımov (“Karat” Şirkətlər Qrupunun rəhbəri, sabiq deputat);
13. Elm və təhsil naziri: Aqiyə Naxçıvanlı (sabiq deputat);
14. Media və Yayım Şurasının sədri: Bəxtiyar Sadıqov (sabiq deputat);
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilib.
Oğuz