Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi

Xalq artisti Emin Ağalarovun Rusiyada planlaşdırılan konserti təxirə salınıb.

Jul 3, 2025 - 11:00
Jul 3, 2025 - 12:25
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi

SAVASHMEDİA.az xəbər verir ki, müğənni iyulun 6-da Svetloqorsk şəhərində konsert verməli idi.

Emin məlumat yayaraq konsertin olmayacağını bildirib. O, yeni tarix kimi 2026-cı il iyulun 5-ni göstərib.

Əlavə olunub ki, konsertə alınan biletlər yeni tarixdə keçərli olacaq və ya istəyən onu geri qaytara bilər.