Kimin pensiyası nə qədər artacaq? - Məbləğə görə artım təxminləri + SİYAHI

Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının təxminən 7,5 faiz artırılması proqnozlaşdırılır.

Nov 7, 2026 - 00:42
Kimin pensiyası nə qədər artacaq? - Məbləğə görə artım təxminləri + SİYAHI

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə 2027-ci ilin dövlət büdcəsi layihəsində qeyd olunub.

Sənədə əsasən, əmək pensiyalarının indeksləşdirilməsi üçün gələn il 575,5 milyon manatın ayrılması nəzərdə tutulur. 

Milli Məclisin komitə sədri Azər Badamov bildirib ki, 7,5 faizlik göstərici ilkin proqnozdur. Yekun indeksləşdirmə əmsalı orta aylıq nominal əməkhaqqının artımına dair rəsmi göstərici əsasında müəyyən ediləcək.

Təklif olunan 7,5 faizlik artım tam tətbiq olunarsa, pensiya məbləğləri belə dəyişə bilər:

- 400 manat pensiya alan şəxsin ödənişi 30 manat artaraq 430 manat olacaq.

- 500 manat pensiya alan şəxsin pensiyası 37 manat 50 qəpik artaraq 537 manat 50 qəpiyə çatacaq.

- 600 manat pensiya alan şəxsin pensiyası 45 manat artaraq 645 manat olacaq.

- 700 manat pensiya alan şəxsin pensiyası isə 52 manat 50 qəpik artaraq 752 manat 50 qəpiyə yüksələcək.

Qeyd edək ki, 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilib. Beləliklə, 2027-ci il üçün nəzərdə tutulan 7,5 faizlik artım əvvəlki ilin göstəricisindən aşağıdır.

Qeyd edək ki, bu hesablamalar ilkin 7,5 faizlik proqnoza əsaslanır, yekun artım məbləği dəyişə bilər.

Oğuz