“Azər-Türk Bank”dan müştərilərini narazı salan addım
“Azər-Türk Bank” (ATB) “card to card” əməliyyatları ilə bağlı limiti 2 dəfə azaldıb.
Bank bəzi tariflərə dəyişiklik edib.
Belə ki, ATB “card to card” əməliyyatlarına limiti 20 min manatdan 10 min manata endirib.
10 min manatdan yuxarı “card to card” əməliyyatları üzrə isə 0,5% komissiya tətbiq etməyə başlayıb. Bu qayda həm atb360 mobil tətbiqi, həm də bankın rəsmi veb səhifəsi üzərindən köçürmələrə şamil edilir.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökumətinə, 12,4%-i Türkiyənin "Ziraat Bank"ına, 1,1%-i "Ziraat Bank İnternational"a, 6,5%-i "AzRe Təkrarsığorta"ya, 5%-i isə "Qala Həyat Sığorta"ya məxsusdur.