Avropa Yenidənqurma və İnkişaf Bankı bu şirkətlərə vəsait ayırmayacaq 

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukrayna şirkətlərinə, xüsusən də oliqarxların nəzarətində olan Donbass yanacaq-energetika şirkətinə (DTEK) maliyyə ayırmayacağını bildirib.

Nov 25, 2024 - 16:43
Avropa Yenidənqurma və İnkişaf Bankı bu şirkətlərə vəsait ayırmayacaq 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” nəşri yazıb. 

AYİB prezidenti Odil Reno-Bassoya nəşrə bildirib ki, Ukrayna iqtisadiyyatını oliqarxların təsirindən azad etmək əsas məqsəddir. “Biz bunun üzərində möhkəm dayanırıq, çünki bu, Ukraynanın Aİ-yə daxil olması üçün əsas islahatlardan biridir. Bu məsələdə güzəştə getsək, ölkənin uzunmüddətli perspektivinə xələl gətirmiş olarıq” - deyə bank rəhbəri vurğulayıb.

AYİB prezidenti israr edir ki, DTEK enerji holdinqinə sahib olan Rinat Axmetov şirkətə nəzarətdən imtina etməlidir.

"Mülkiyyət strukturunda dəyişiklik, eləcə də daha geniş islahatlar lazımdır. Müharibə oliqarxların təsirini zəiflədib, lakin onun bitməsindən sonra vəziyyət dəyişə bilər", - deyə xanım bankir əlavə edib.

Xatirə SADİQ