Berdiyevdən qələbə şərhi - Hansı suala cavab vermədi?
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 11-ci turunda Ağdamın “Qarabağ” üzərində qazandıqları qələbəni (1:0) şərh edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, matçdan sonra açıqlamasında bunları deyib:
- Əlbəttə, qələbəyə sevinirik. Amma çox şeyə dözməli olduq, vaxtımızın böyük hissəsini müdafiədə keçirdik. “Qarabağ” çox güclü komandadır.
“Turan Tovuz” əsas favoritlərə uduzmayıb. Demək olarmı ki, komanda artıq yüksəlişə keçib?
- Bunu birmənalı şəkildə söyləmək çətindir. Hər oyuna xüsusi hazırlaşırıq. Mən daha çox futbolçularımıza görə sevinirəm. Onlar özlərinə inandılar və liderlərə qarşı oynaya biləcəklərini anladılar. Hər matç fərqli keçir.
- Faiq Hacıyevin komandadakı gələcəyini necə görürsünüz?
- Bu, oyunun nəticələri ilə bağlı sual deyil. Amma cavab verəcəyəm. Faiq də digər futbolçular kimi komandamızın üzvüdür. Hər kəs öz şansını gözləyir. Faiq məşqlərdə çox yaxşı təsir bağışlayır. Lakin onun mövqeyində yaxşı təsir bağışlayan Jorje Silva da çıxış edir.
- Çempionluq uğrunda mübarizə aparmaq üçün komandaya hansı mövqelərə transferlər lazımdır?
- Transferlərlə bağlı sualları mənə ünvanlamaq lazım deyil. Yaxşı olar ki, bu sualı klub prezidentinə verəsiniz. Mən bu məsələlərlə məşğul olmuram.