"Qarabağ"ın Nərimanla bağlı paylaşımı etiraza səbəb oldu - Əli ilə bu işarəni göstərir + FOTO
"Qarabağ" Futbol Klubu bu gün sosial şəbəkə hesabından son günlər ciddi tənqid olunan futbolçusu Nəriman Axundzadənin fotosunu paylaşıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, sözügedən fotoda Nəriman Axundzadə əlini dodaqlarının üstünə qoyaraq susmaq işarəsi göstərib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının növbəti mərhələsində "Ayaks"la "Qarabağ"ın son oyunu zamanı Nəriman Axundzadə ciddi səhvlərə yol vermiş və bu, azarkeşlərin sərt tənqidlərinə səbəb olmuşdu.
"Qarabağ"ın bugünkü paylaşımı həmin tənqidçilərə cavab kimi qiymətləndirilib və azarkeşlər tərəfindən xoş qarşılanmayıb.
Qeyd edək ki, Misli Premyer Liqasının XV turunda "Qarabağ" bu gün evdə "Araz-Naxçıvan"ı məğlub edib. Qollardan birini isə Nəriman Axundzadə verib.
Oğuz
Посмотреть эту публикацию в Instagram