Səməd Vurğunun qohumunu bıçaqladılar
Qazaxda 33 yaşlı kişi bıçaqlanıb.
SAVASHMEDİA.az oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Kənd sakini - 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı A.G. polis əməkdaşları tərəfindən saxlanılıb.
Artıq Xanlar Vəkilovun bıçaqlanmasının təfərrüatı da məlum olub. Məlumata görə, hadisə söyüş üstündə baş verib. Belə ki, X.Vəkilov orta məktəb şagirdi A.G-ni söyüb. Şagird isə həmin gün axşam saatlarında evdən götürdüyü bıçaqla X.Vəkilova zərbələr endirib.
Hadisə nəticəsində bıçaqlanan şəxs Azərbaycanın mərhum Xalq şairi Səməd Vurğunun əmisi nəvəsidir.