Sumqayıtda tonqal partladı, 10-dan çox uşaq xəsarət aldı - VİDEO
Sumqayıt şəhərində tonqal zamanı güclü partlayış baş verib.
Tonqala atılan benzin qəfil alışaraq partlaması nəticəsində 2 böyük və 10-dan çox uşaq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisə şahidlərinin sözlərinə görə, alov bir anda güclənərək ətrafa yayılıb və yaxınlıqda olanlara zərər vurub. (nocomment)