Əri Pərvanə müəllimi buna görə öldürübmüş - DETALLAR + VİDEO

Orta məktəb müəllimi Pərvanə Abbasovanın qətlinin bəzi detalları məlum olub.

Mar 21, 2026 - 22:08
Mar 21, 2026 - 22:09
Əri Pərvanə müəllimi buna görə öldürübmüş - DETALLAR + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın həmkarlarının sözlərinə görə, o, illərdir həyat yoldaşı Vasif Abbasov tərəfindən zorakılığa məruz qalıb:

“İllərdir baş verən  təzyiq, təhqir və təhdidlərin bu yerə gələcəyini bildiyi üçün yoldaşı ilə yollarını ayırmağa çalışıb. Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib”.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Vasif Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Qeyd edək ki, iki uşaq anası P.Abbasova Hövsan qəsəbəsindəki 118 saylı orta məktəbdə müəllim işləyib.

Ətraflı “Baku Tv”nin videomaterialında: