Tramp hələ heç kimi belə alçaltmamışdı - Yaponları qəzəbləndirən həmin söz + RƏQSİN VİDEOSU 

Yaponiyanın Baş naziri Sanae Takaçinin ABŞ səfəri ölkəsində etirazla qarşılanıb.

Mar 21, 2026 - 21:27
Tramp hələ heç kimi belə alçaltmamışdı - Yaponları qəzəbləndirən həmin söz + RƏQSİN VİDEOSU 

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb xanım Baş nazirin şərəfinə təşkil edilmiş yemək ziyafətində rəqs etməsi olub.

Baş nazirin rəqs etdiyi anda çəkilmiş video və fotolar sosial şəbəkələrdə yayıldıqdan sonra Takaiçi yaponların sərt tənqidi ilə üzləşib. Onlar Sanae Takaiçini “gəzən milli rüsvayçılıq” adlandırıblar. Yaponları qəzəbləndirən nüanslardan biri də Donald Trampın Pearl Harbor və Naqasaki məsələsini xatırlatmasına rəğmən, Takaiçinin səssiz qalması olub.

Qeyd edək ki, Donald Tramp Sanae Takaiçi ilə birgə keçirdiyi mətbuat konfrans zamanı müxbirin "İrana hücum etməzdən əvvəl müttəfiqlərinizi niyə məlumatlandırmadınız?” sualına belə cavab verib:

“Sürpriz olmasını istəyirdik. Sürpriz məsələsinə gəlincə, sürprizləri Yaponiyadan yaxşı kim bilə bilər?”

Daha sonra Tramp Takaiçiyə “Mənə Pearl Harbordan niyə bəhs etmədiniz?” sualını verib. Takaiçi isə Trampın bu açıqlaması və sualı qarşısında susmağı seçib.

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ-nin hərbi məzarlığı olan Arlington Milli Qəbiristanlığını ziyarət edib və Yaponiyanı işğal edən və alçaldan amerikalı əsgərlərə ehtiramını bildirib. Həmin məzarların arasında Naqasakiyə atom bombasını atan pilot Çarlz Svinin də qəbri var.

Xatırladaq ki, 7 dekabr 1941-ci ildə səhər saatlarında Yaponiya ABŞ-nin Pearl Harbor limanındakı hərbi-dəniz bazasına qəfil hücum edib. Yaponiyanın iki saat davam edən hücumu nəticəsində 2400 nəfər həyatını itirib, ABŞ hərbi gəmiləri məhv edilib. Həmin günə qədər neytral ölkə olan ABŞ İkinci Dünya müharibəsinə qoşulub. 

Bundan sonra ABŞ ilə Yaponiya uzun və amansız müharibəyə başlayıb. ABŞ müharibəni bitirmək üçün 6 avqust 1945-ci ildə Xirosimaya, 9 avqust 1945-ci ildə isə Naqasakiyə atom bombası atıb. Yüz minlərlə insan ölüb və radiasiyadan xəsarətlər alıb. Bir neçə gün sonra Yaponiya təslim olub.

Banu