Serbiyaya “buyur”, Ukrayna isə... – Macarıstan baş naziri

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının genişlənməsini ölkəsinin bu təşkilatda sədrliyinin prioritetləri sırasına daxil edib, lakin bu kontekstdə Ukraynanın adını çəkməyib.

Oct 9, 2024 - 14:26
Serbiyaya “buyur”, Ukrayna isə... – Macarıstan baş naziri

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, baş nazir bunu Avropa Parlamentində çıxışı zamanı deyib. 

Genişlənmədən danışarkən Orban bütün diqqətini Qərbi Balkanlar bölgəsinə yönəldib və Serbiyanın üzvlük məsələsinin zəruri olduğunu özəlliklə vurğulayıb. Onun sözlərinə görə, macar sədrliyi qəti əmindir ki, Qərbi Balkan ölkələrinin üzvlük məsələsi sürətləndirilməliidir. 

“Bu, Avropa üçün, onun iqtisadi, siyasi və geosiyasi inteqrasiyası üçün əsas məsələdir. Aİ-nin xeyrinə biz xüsusilə Serbiyaya diqqət yetirməliyik. Serbiya Aİ-yə qoşulmadan Balkanları sabitləşdirə bilmərik”, - deyə baş nazir əlavə edib.

O, diqqətə çatdırıb ki, Qərbi Balkanların bir sıra ölkələri texniki cəhətdən artıq üzvlük şərtlərinə cavab verir, qalan maneələr isə siyasidir.

Xatirə SADİQ