Tramp canlı yayımda söyüş söydü
ABŞ prezidenti Donald Tramp həm İsrailin, həm də İranın atəşkəsi pozduğunu bildirib.
SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, o, bunu NATO-nun Haaqadakı sammitinə yola düşməkdən öncə jurnalistlərə bildirib.
“Mən İsraili sakitləşdirməliyəm. Biz razılığa gələn kimi, İsrail "bir ətək" bomba tökdü. Bu qədər çox bombanı indiyədək görməmişəm”, - deyə Tramp vurğulayıb.
Тəyyarəyə yollanarkən Tрамп canlı yayımda amerikalıların məşhur söyüşünü söyməkdən özünü saxlaya bilməyib: “Uzun müddət ddöyüşən elə ölkələr var ki, daha nə etdiklərini, lənət şeytana, bilmirlər!”.
Jurnalistlər güman ediblər ki, bu, İsrail və İrana aiddir.
Xatirə SADİQ