Atasının sümüklərini oğurladılar, məzara basqın - Bəşər Əsədə növbəti zərbə + VİDEO

Suriyanın devrilmiş lideri Bəşər Əsədin atasının məzardakı sümükləri oğurlanıb.

Apr 28, 2025 - 17:31
Apr 28, 2025 - 17:34
Atasının sümüklərini oğurladılar, məzara basqın - Bəşər Əsədə növbəti zərbə + VİDEO

Bu iddia ilə Rusiya mətbuatı çıxış edib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə çökmüş Bəəs rejiminin lideri Bəşər Əsədin atası Hafiz Əsədin Əl-Laziqiyyədəki məzarının açılması öz əksini tapıb.

Naməlum şəxslərin hücumundan sonra sümüklərin hara aparılması məlum deyil.

Qeyd edək ki, Hafiz Əsədin məzarı ötən ilin dekabrında da yandırılıb və dağıdılıb. (ölkə.az)

Fotoda Bəşər Əsədin atası Hafiz Əsəd