İsveç XİN Tunberqdən imtina etdi - “Dəstəyimizə ehtiyacı yoxdur” 

İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard İsrail hüquq-mühafizə orqanları tərəfindən Qreta Tunberqin saxlanılmasına nazirliyi müdaxilə etməyə çağıran yerli fəalları tənqid edib.

Jun 10, 2025 - 11:47
İsveç XİN Tunberqdən imtina etdi - “Dəstəyimizə ehtiyacı yoxdur” 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə SVT məlumat yayıb.

Bazar ertəsi İsveç parlamenti qarşısında toplaşan bir neçə etirazçı hökuməti Qəzza sahillərində açıq dənizdə Greta Tunberq və digər fəalların saxlanmasına qarşı tədbir görməyə çağırıb.

“Bizim fikrimizcə, beynəlxalq hüquqa uyğun olaraq İsrailin bu gəmini müşayiət etmək üçün müəyyən imkanları var”, - deyə Stenerqard vurğulayıb. 

Onun sözlərinə görə, Tunberq hazırda təhlükəsizlikdədir və onun Xarici İşlər Nazirliyinin (XİN) dəstəyinə ehtiyacı yoxdur.

Qəzzaya səfər etməmək tövsiyələrini xatırladan nazir diqqətə çatdırıb ki, böyük məsuliyyət həmin tövsiyələrə məhəl qoymayaraq getməyə qərar verənlərin üzərinə düşür.

Stenergard onu da qeyd edib ki, Tunberqin həbsindən sonra bazar ertəsi İsveç XİN-nin “qaynar xətti”nə çoxlu zənglər daxil olub.

“XİN-nin “qaynar xətti”nə zənglərlə nəticələnən kampaniya aparmaq olduqca təhlükəlidir. Bu, xaricdə çətin vəziyyətə düşən isveçlilərin çox uzun müddət növbə gözləmək məcburiyyətinə gətirib çıxarır”, - deyə ölkənin baş diplomatı izah edib.

İsveçli ekofəal Qreta Tunberq və daha 11 fəal iyun tarixində “İsrail blokadasını yarmaq” üçün gəmi ilə Qəzza zolağına yola düşüb.

Dünən onların gəmisi İsrail donanması tərəfindən yedəyə alınaraq İsrailə aparılıb. Gəminin saxlanılması zamanı israilli hərbçilər ekofəallarla nəzakətlə davranaraq onları su və buterbrodla təmin ediblər.

Xatirə SADİQ