Səfirin qardaşı ABŞ-də saxlanıldı - SƏBƏB + FOTO
Ermənistanın ABŞ-dəki səfirin Narek Mkrtçyanın qarddaşı Mkrtiç Mkrtçyan narkotik və silah saxlamaqda şübhəli bilinərək saxlanılıb .
SAVASHMEDİA.az Ermənistan mediasına istinadla xəbər verir ki, hadisə Parakarda gecə saatlarında baş verib.
Polis onlara yaxınlaşarkən Mkrtiç Mkrtçyan dostu ilə maşında olub. Dostu qaçmağa müvəffəq olsa da, yolda içərisində silah olduğu iddia edilən kürək çantasını yerə atıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Mkrtiç Mkrtçyandan narkotik maddə aşkar ediblər.
Ermənistan Daxili İşlər Nazirliyi hələlik vəziyyəti şərh etməyib.
Qeyd edək ki, Narek Mkrtçyan avqustun sonunda ABŞ-a səfir təyin edilib. Bundan əvvəl o, Ermənistanın əmək və sosial məsələlər naziri vəzifəsində çalışıb.
Oğuz
Narek Mkrtçyan