Berlin müdafiəyə ÜDM-nin 5%-ni xərcləyəcək – “Bild”

Kansler Fridrix Mertsin rəhbərlik etdiyi yeni hakim koalisiya Almaniyanın müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq qərarına gəlib.

May 15, 2025 - 13:56
Berlin müdafiəyə ÜDM-nin 5%-ni xərcləyəcək – “Bild”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bild” yazır.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful amerikalı həmkarı Marko Rubio ilə Türkiyədə görüşdən sonra bildirib ki, Berlin ÜDM-in 5% hədəfinə can atacaq. Bu, ildə 215 milyard avrodan çox deməkdir. 

Nəşr qeyd edir ki, hazırda Almaniya ÜDM-nin təqribən 2%-ni müdafiəyə xərcləyir, lakin o, tez-tez hətta bu öhdəliklərini yerinə yetirə bilmirdi.

“Bu, Almaniya siyasətində əhəmiyyətli paradiqma dəyişikliyidir. Biz hədəfə 2030-cu ildən gec olmayaraq tədricən nail olunacağını gözləyirik. Bu, əlüstü baş verməyəcək, lakin bu, baş verməlidir”, - deyə XDİ-nin xarici siyasət və müdafiə üzrə eksperti Roderix Kizevetter “Bild”ə bildirib.

Xatirə SADIQ