Putin İstanbula getməyəcək - Peskov nöqtəni qoydu

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidneti Vladimir Putinin Türkiyədə keçiriləcək danışıqlarda iştirak etmək şansının olub-olmaması ilə bağlı suala mənfi cavab verib.

May 15, 2025 - 14:14
Putin İstanbula getməyəcək - Peskov nöqtəni qoydu

SAVASHMEDİA.az bu barədə “RİA Novosti” agentliyinə istinadən xəbər verir. 

Dünən Peskov bildirmişdi ki, Rusiya prezidentinin mayın 15-də “işgüzar görüşləri” planlaşdırılıb. 

Qeyd edək ki, bu gün İstanbul şəhərində Rusiya və Ukrayna tərəfləri arasında son üç ildə ilk birbaşa danışıqların keçiriləcəyi gözlənilir. 

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşün başlanması Türkiyə tərəfinin təşəbbüsü ilə günün ikinci yarısına qədər təxirə salınıb. 

Xatirə SADIQ