Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin hazırlanması gözlənilir

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketini hazırlamağa başlamaq niyyətindədir. 

May 15, 2025 - 14:16
Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin hazırlanması gözlənilir

SAVASHMEDİA.az xəbər verir ki, bunu Antalyada NATO nazirlərinin qeyri-rəsmi görüşündən öncə Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib.

“Hesab edirəm ki, razılaşdırdığımız 17-ci paket doğru qərar idi. Biz indi dərhal yeni paketin hazırlanmasına başlayacağıq”, - deyə xanım Valtonen vurğulayıb. 

Qeyd edək ki, Aİ-də 17-ci paketin təsdiqi mayın 14-də elan edilib. Sənəd hələ qüvvəyə minməyib.

Fransanın xarici işlər naziri Jan-Noel Barro görüşdən əvvəl nəzərə çütdırıb ki, ABŞ və Aİ Rusiyanın enerji və maliyyə sektorlarına qarşı əlavə sanksiyalar hazırlayır.

Xatirə SADIQ