Medvedev yenə təhdid dilində danışdı
“Qərblə hibrid qarşıdurmada Rusiya qətiyyətlə hərəkət etməli və bu qarşıdurma üçün bütün mümkün vasitələrdən istifadə etməlidir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev telegram kanalında yazıb.
Norveç bayrağı altında üzən “Oslo Carrier 3” gəmisinin batan “Ursa Major”un rus dənizçilərini gəmiyə götürməkdən imtina etməsinə münasibət bildirən Medvedev yenə də təhddi dilində danışıb: “Avropa əlimiz çatan bütün vasitələrlə cəzalandırılmalıdır: siyasi, iqtisadi və hər cür hibridlə. Ona görə də biz Avropada istənilən destruktiv proseslərə kömək etməliyik”.
Onun sözlərinə görə, Rusiya Avropa şəhərlərinin küçələrində törədilən qırğınları, “xoş Avropa dəyərlərini” məhv edən miqrantların iğtişaşlarını alqışlamalıdır.
“Qoy, Avropa bürokratlarının bütün iyrənc sifərləri gələcək vətəndaş toqquşmalarının axınında yoxa çıxsın!” - Dmitri Medvedev qarğış edib.
Rusiyanın qələbəsi ilə başa çatacaq Qərblə hibrid qarşıdurmanın nəticələrindən danışan TŞ sədrinin müavini qeyd edib ki, Moskva anqlosaksların təzyiqinə boyun əymiş zəif dövlətləri bağışlamalı, ABŞ-a məhəl qoymamalı Avropanı isə cəzalandırmalıdır.
Dünən Dmitri Medvedev bildirmişdi ki, Rusiya Federasiyasının ərazisində ölkəyə gələn miqrantların ailələrindən formalaşan etnik anklavlar ekstremizm ocağıdır.
Xatirə SADİQ