Bakı Çeçenistanın yardım təklifini rədd etdi - "Heç nə lazım deyil"

Azərbaycan Çeçenistan hakimiyyətinin AZAL-ın Bakıdan Qroznıya uçan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların ailələrinə təklif etdiyi yardımı qəbul etməyəcək.

Dec 27, 2024 - 11:48
Bakı Çeçenistanın yardım təklifini rədd etdi - "Heç nə lazım deyil"

SAVASHMEDİA.az xəbər verir ki, bu məlumatı day.az saytı yayıb. 

Azərbaycan Prezidentinin Administrasiyasından adıçəkilən sayta bildilib ki, heç bir yardıma ehtiyacı yoxdur və bu qəbul edilməyəcək.

Xatırladaq ki, Çeçenistan hakimiyyəti bəyan edib ki, Ramzan Kadırovun göstərişi ilə onlar təyyarə qəzası nəticəsində həlak olanların və yaralananların ailələrinə maddi yardım göstərməyə hazırdırlar.

Oğuz